İdman
Premyer Liqa: "Neftçi" "Araz-Naxçıvan"la, "Qarabağ" "Turan Tovuz"la üz-üzə
Bu gün Misli Premyer Liqasında XVIII turunun son görüşləri keçiriləcək. Oxu.Az xəbər verir ki, "Neftçi" və "Qarabağ" növbəti oyunlarını keçirəcəklər. Günün ilk matçında Bakı təmsilçisi "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək. "Neftçi" 21 xalla 8-ci, Naxçıvan klubu 27 xalla 6-cı pillədə qərarlaşıb. Turun son oyununda "Turan Tovuz" "Qarabağ"ın qonağı olacaq. Bu görüş saat 18:30-da başlayacaq. "Köhlən atlar" 36 xalla ikinci, ehtiyatda bir matçı da olan Tovuz təmsilçisi 30 xalla üçüncüdür. Misli Premyer Liqası II dövrə, XVIII tur 1 fevral 16:00. "Araz - Naxçıvan" - "Neftçi" Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov. VAR: Vüqar Həsənli. AVAR: Cəmil Quliyev. Hakim-inspektor: İmanxan Sultani. AFFA nümayəndəsi: Nəriman Axundov. "Liv Bona Dea Arena" 18:30. "Qarabağ" - "Turan Tovuz" Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov. VAR: Rəşad Əhmədov. AVAR: Akif Əmirəli. Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Elçin Mehtiyev. Tofiq Bəhramov adına Respublika stadionu Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.
Mənbə
oxu.az