İdman

"Qalatasaray"dan "Porto"nun ulduzuna 7,5 milyon avroluq təklif

01 Feb 2026, 08:31 1 baxış
"Qalatasaray"dan "Porto"nun ulduzuna 7,5 milyon avroluq təklif
"Qalatasaray" mövsümün ortası fasiləsində transfer fəaliyyətini sürətləndirməyi planlaşdırır. Oxu.Az "Fotomaç"a istinadən xəbər verir ki, klub rəhbərliyi hazırda "Porto"nun formasını geyinən milli futbolçu Deniz Gülü heyətinə qatmaq istəyir. Məlumata görə, "sarı-qırmızılar" gənc hücumçu üçün "Porto"ya rəsmi təklif göndərməyə hazırlaşır. Klubun bu transfer üçün Portuqaliya təmsilçisinə 7,5 milyon avro təklif etməyi planlaşdırdığı bildirilir. Deniz Gül 2024-2025 mövsümünün əvvəlində İsveçin "Hammarbi" klubunun gənclər akademiyasından 4,5 milyon avro qarşılığında "Porto"ya transfer olunub. O, cari mövsümdə Portuqaliya klubunun heyətində 24 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 2029-cu ilə qədər "Porto" ilə müqaviləsi olan futbolçunun hazırkı bazar dəyəri 6 milyon avro olaraq qiymətləndirilir. Deniz Gül Türkiyə millisinin heyətində isə indiyədək 5 oyun keçirib və 1 qola imza atıb. Qeyd olunur ki, "Fənərbağça" da gənc futbolçu ilə maraqlanıb. Lakin "Porto"nun baş məşqçisi Françesko Farioli onun komandadan ayrılmasına icazə verməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər