İdman

"Liverpul" "Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibini darmadağın etdi

01 Feb 2026, 02:09 1 baxış
"Liverpul" "Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibini darmadağın etdi
İngiltərə Premyer Liqasının oyunları çərçivəsində "Liverpul" öz meydanında "Nyukasl"la qarşılaşıb. Oxu.Az xəbər verir ki, ev sahibləri 4:1 hesabı ilə qalib gəliblər.
Oyun Liverpulun "Enfild" stadionunda baş tutub. Bu oyundan sonra "Liverpul" İngiltərə Premyer Liqasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb, komandanın aktivində 39 xal var. "Nyukasl Yunayted" isə 33 xalla 10-cu yerdə mövqe tutur. Xatırladaq ki, fevralın 18-də Çempionlar Liqasının play-off mərhələsində "Qarabağ" "Nyukasl"a qarşı ilk görüşünü keçirəcək. Cavab matçı isə fevralın 24-dən 25-nə keçən gecə İngiltərədə baş tutacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər