İdman

"Barselona" səfərdə "Elçe"dən üstün oldu

01 Feb 2026, 02:32 1 baxış
"Barselona" səfərdə "Elçe"dən üstün oldu
İspaniya La Liqasının 22-ci turu çərçivəsində "Elçe" ilə "Barselona" arasında keçirilən oyun başa çatıb. Oxu.Az bildirir ki, qarşılaşma İspaniyanın Elçe şəhərində yerləşən "Manuel Martínez Valero" stadionunda oynanılıb. Görüşdə qonaqlar üstün olublar - 1:3.
Oyunda hesabı 6-cı dəqiqədə "Barselona"nın hücumçusu Lamin Yamal açıb. Meydan sahiblərinin hücumçusu Alvaro Rodriges 29-cu dəqiqədə hesabı bərabərləşdirib. 40-cı dəqiqədə Ferran Torres katalon klubunu yenidən hesabda önə çıxarıb. Qarşılaşmada son nöqtəni isə 72-ci dəqiqədə Markus Reşford qoyub. 22 turdan sonra "Barselona" 55 xal toplayaraq, turnir cədvəlinə liderlik edir. "Elçe" isə 24 xalla 14-cü pillədə qərarlaşıb. Növbəti turda "Barselona" fevralın 7-də doğma meydanda "Malyorka" ilə qarşılaşacaq. "Elçe" isə həmin gün səfərdə "Real Sosyedad"in qonağı olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər