İdman

Azərbaycan cüdoçuları beynəlxalq turnirin ilk günündə yeddi medal qazanıblar

01 Feb 2026, 01:00 1 baxış
Azərbaycan cüdoçuları beynəlxalq turnirin ilk günündə yeddi medal qazanıblar
Belçikada cüdo üzrə Beynəlxalq Açıq Turnirə start verilib. Oxu.Az xəbər verir ki, Vise şəhərində təşkil olunan yarışın ilk günündə Azərbaycan cüdoçuları uğurlu çıxış edərək, 2 qızıl, 2 gümüş və 3 bürünc olmaqla ümumilikdə 7 medal qazanıblar. Murad Muradlı (-60 kq) və Camal Feyziyev (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Əbil Yusubov (-73 kq) və Zelim Tçkayev (-90 kq) turniri gümüş medalla tamamlayıblar. Fərid Qarayev (-60 kq), Kamran Süleymanov (-73 kq) və Ramazan Əhmədov (+100 kq) isə üçüncü pillədə qərarlaşıblar. Qeyd edək ki, Azərbaycan yarışda ümumilikdə 31 cüdoçu ilə təmsil olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər