İdman

Premyer Liqa: Lider "Sabah" səfərdə "Zirə"yə qalib gəlib

31 Jan 2026, 19:12 1 baxış
Premyer Liqa: Lider "Sabah" səfərdə "Zirə"yə qalib gəlib
Misli Premyer Liqasının XVIII turunda lider "Sabah" "Zirə"yə qalib gəlib. Oxu.Az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda təşkil olunan oyun qonaqların 3:1 hesablı qələbəsi ilə bitib. "Bayquşlar"ın heyətində Velko Simiç (10), İvan Lepiniça (22) və Xəyal Əliyev (27) fərqləniblər. Ev sahiblərinin qolunu isə David Volkov (83) vurub. Turnir cədvəlinə 43 xalla "Sabah" başçılıq edir. 29 xalı olan "Zirə" 5-cidir. Qeyd edək ki, turun əvvəlki görüşlərində "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Şamaxı" isə "Kəpəz"i (2:0) məğlub edib. XVIII tura fevralın 1-də yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər