İdman

"Sabah" qalib gəldi, "Qarabağ"la xal fərqi 7 oldu

31 Jan 2026, 19:22 1 baxış
"Sabah" qalib gəldi, "Qarabağ"la xal fərqi 7 oldu

Misli Premyer Liqasında XXIII turun növbəti oyunları keçirilib.


Axar.az xəbər verir ki, əvvəlcə "Kəpəz" və "Şamaxı" komandaları üz-üzə gəlib. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Günün ikinci görüşündə "Sabah" səfərdə "Zirə" ilə qarşılaşıb. Bu matçda da qonaqlar sevinən tərəf olublar - 3:1.


Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" liderliyini möhkəmləndirib. İkinci sırada yer alan "Qarabağ"ın 36 xalı var.


"Zirə" isə 29 xalla 5-ci pillədə qalıb.

Mənbə axar.az

Oxşar Xəbərlər