İdman
Rafael Fiziyev UFC-də növbəti döyüşə çıxır
UFC döyüşçüsü Rafael Fiziyev növbəti yarışa çıxacaq. Oxu.Az xəbər verir ki, yüngül çəki dərəcəsində mübarizə aparan Fiziyev braziliyalı Maurisiu Ruffi ilə döyüşəcək. Bu qarşılaşma ABŞ-də keçiriləcək UFC 325 turniri çərçivəsində baş tutacaq. Turnir Bakı vaxtı ilə saat 06:00-dan etibarən start götürəcək. Qeyd edək ki, R.Fiziyev sonuncu dəfə UFC-də ötən ilin iyununda Bakıda keçirilmiş turnirdə iştirak edib və İqnasio Bahamondesə qalib gəlib.
Mənbə
oxu.az