Digər

Xəstəxanaya yerləşdirilən Rasim Balayevdən xəbər var

31 Jan 2026, 18:37 2 baxış
Xəstəxanaya yerləşdirilən Rasim Balayevdən xəbər var

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev xəstəxanadan evə buraxılıb.


Kult.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov deyib.


O qeyd edib ki, hazırda xalq artistinin müalicəsi ev şəraitində davam edir və səhhəti günü-gündən yaxşılaşır.


"Düşünürük ki, Rasim Balarev fevralın ikinci yarısında işə çıxacaq və fəaliyyətinə davam edəcək",- deyə kinorejissor əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər