İdman
Yelena Rıbakina Avstraliyada mövsümün ilk "Böyük Dəbilqə"sini qazandı
Qazaxıstan tennisçisi Yelena Rıbakina 2026-cı il Avstraliya Açıq Çempionatının qalibi olub. Oxu.Az xəbər verir ki, Yelena Rıbakina finalda Qadın Tennis Assosiasiyasının (WTA) bir nömrəli tennisçisi, belaruslu Arina Sobolenkonu məğlub edib. İki saat 18 dəqiqə davam edən qarşılaşma Rıbakinanın 6:4, 4:6, 6:4 hesabı ilə xeyrinə başa çatıb. Qeyd edək ki, bütün turnir ərzində Rıbakina yalnız finalda Sobolenkoya qarşı bir seti uduzub. Rıbakinanın qələbəsi ona ikinci "Böyük Dəbilqə" titulunu qazandırıb - 2022-ci ildə qazaxıstanlı tennisçi Uimbldon Çempionatında da birinci olmuşdu.
Mənbə
oxu.az