Digər

Moldova və Ukraynanın enerji təchizatında problem yarandı

31 Jan 2026, 15:17 2 baxış
Moldova və Ukraynanın enerji təchizatında problem yarandı

Moldovada Ukraynanın enerji sistemindəki ciddi problemlər səbəbindən elektrik təchizatında fasilələr yaranıb.


Axar.az xəbər verir ki, bu barədə Moldova Energetika Nazirliyi məlumat yayıb.


"Elektrik enerjisinin ötürülməsi sisteminin operatoru olan "Moldelectrica" vəziyyətin sabitləşdirilməsi üçün qəza işləri aparır. Bir sıra yaşayış məntəqələrində elektrik təchizatı artıq bərpa edilib", - məlumatda bildirilib.


Öz növbəsində, Ukrayna mediası ölkənin enerji sistemində qəza səbəbindən hazırda Kiyev rayonlarında su təchizatının olmadığını vurğulayıb.


Bundan əlavə, Kiyev metrosunda nasazlıq səbəbindən qatarların hərəkəti və eskalatorların işi müvəqqəti dayandırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər