Digər

İrana doğru böyük qüvvə irəliləyir - Tramp

30 Jan 2026, 22:57 2 baxış
İrana doğru böyük qüvvə irəliləyir - Tramp

ABŞ İrana Venesuelaya göndərdiyindən daha böyük qüvvə göndərir.


Axar.az xəbər verir ki, bunu Ağ Evdə keçirilən tədbir zamanı ABŞ lideri Donald Tramp bildirib.


"İrana tərəf böyük bir armada, flotiliya - necə istəyirsiniz adlandırın - irəliləyir. Bu hətta Venesuela sahillərində olan qüvvəmizdən də böyükdür", - deyə o bildirib.


Bununla yanaşı, Tramp Vaşinqtonun Tehran ilə sazişə nail olacağına ümid etdiyini qeyd edib.


"Əgər biz sazişə nail olmasaq, nə baş verəcəyinə baxarıq", - Ağ Ev rəhbəri əlavə edib.

Mənbə axar.az

Oxşar Xəbərlər