Digər
Fateh Ürək vəfat etdi
Türkiyəli tanınmış müğənni və aparıcı Fateh Ürək vəfat edib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı "A Haber" yayıb.
Xatırladaq ki, 1966-cı il təvəllüdlü müğənni 15 oktyabr 2025-ci ildə qəfil infarkt keçirmiş və xəstəxanaya yerləşdirilmişdi. Həkimlər aylardır reanimasiyada müalicə alan Fateh Ürəyin həyatını xilas edə bilməyiblər.
Daha əvvəl sənətçinin sosial media hesabında meneceri vasitəsilə verilən açıqlamada Ürəyin vəziyyətinin kritik olduğu bildirilirdi.
Mənbə
axar.az