Digər

Bu ölkə İsrail səfirini qovdu

30 Jan 2026, 20:25 2 baxış
Bu ölkə İsrail səfirini qovdu

Cənubi Afrika Respublikası (CAR) İsrailin müvəqqəti işlər vəkili Ariel Seydmanı diplomatik normaları pozduğuna görə ölkədən çıxarıb.


Axar.az xəbər verir ki, bu barədə CAR Xarici İşlər Nazirliyi məlumat yayıb.


Bildirilib ki, diplomat "persona non qrata" (arzuolunmaz şəxs) elan edilib və ölkəni 72 saat ərzində tərk etməlidir.


Nazirlik Seydmanı Prezident Siril Ramafosa əleyhinə sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətməkdə, həmçinin müvafiq icazə olmadan İsrail rəsmilərini Cənubi Afrikaya dəvət etməkdə ittiham edir.

Mənbə axar.az

Oxşar Xəbərlər