Digər

Yıldız Tilbə azərbaycanlı müğənnini məhkəməyə verəcək

30 Jan 2026, 19:12 2 baxış
Yıldız Tilbə azərbaycanlı müğənnini məhkəməyə verəcək

Türkiyənin məşhur müğənnisi Yıldız Tilbə azərbaycanlı ifaçı Vəfa Şərifovanı məhkəməyə verəcək.


Axar.az-ın Teleqraf-a istinadən məlumatına görə, bu barədə türkiyəli sənətçinin vəkili Handan Bakbakın açıqlamasında deyilir.


Bildirilib ki, bu, Yıldız Tilbeyə qarşı mətbuatda yer alan yalan, əsassız, ədalətsiz və olduqca yersiz ittihamlar və iddialar, eləcə də özünü reklam etmək və populyarlığını artırmaq məqsədi ilə yaradılan sosial media paylaşımı səbəbindən zəruridir:


“Azərbaycanlı müğənni Vəfa Şərifova həm öz ölkəsindəki televiziya proqramında, həm də sosial media hesablarında Yıldız Tilbəyə onunla duet oxumaq üçün 100.000 dollar ödədiyini, lakin Yıldız Tilbənin ödənişdən imtina edərək onu çətin vəziyyətdə qoyduğunu bildirib. Yıldız Tilbenin bu şəxslə heç bir ünsiyyəti, paylaşımı, əməkdaşlığı və ya görüşü olmayıb.


Bu, tamamilə uydurmadır, şəxsin nüfuzuna və şərəfinə qəsdən xələl gətirir və ən əsası, çoxşaxəli cinayətdir. Müvafiq hüquqi tədbirlər görüləcək”.

Mənbə axar.az

Oxşar Xəbərlər