Digər
Xersonda mərmi sərnişin avtobusuna düşdü: ölən var
Bu gün Rusiya ordusu Xerson şəhərini atəşə tutarkən mərmilərdən biri sərnişin avtobusuna düşüb.
Axar.az xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat yayıb.
O bildirib ki, hadisə nəticəsində 1 sərnişin ölüb, 5 nəfər isə yaralanıb.
Prokudinin sözlərinə görə, son sutkada Rusiya ordusunun zərbələri nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
Mənbə
axar.az