Digər
Arakçıdan Türkiyə ilə bağlı mühüm açıqlama
İran və Türkiyə sıx məsləhətləşmələr tarixinə malik iki böyük qonşudur. Biz siyasi, iqtisadi, sosial və mədəni sahələrdə güclü əlaqələr saxlayırıq və regional inkişaflar barədə müntəzəm olaraq məsləhətləşirik.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
“Hazırda regional məsələlər xüsusilə aktualdır və ciddi çətinliklər qalmaqdadır. ABŞ və digərlərinin irəli sürdüyü məqsədlər daha sıx dialoq, regional məsələlərin nəzərdən keçirilməsi və mövqelərimizin daha yaxşı əlaqələndirilməsini tələb edir”, - o bildirib.
Qeyd edək ki, Arakçı Türkiyədə rəsmi səfərdədir.
Mənbə
axar.az