Dünya

Kolumbiyada təyyarə qəzaya uğrayıb: 15 nəfər ölüb

29 Jan 2026, 02:56 2 baxış
Kolumbiyada təyyarə qəzaya uğrayıb: 15 nəfər ölüb
Kolumbiyada daxili reys həyata keçirən təyyarə qəzaya uğrayıb. Oxu.Az xəbər verir ki, bu barədə "Noticias Caracol" telekanalı məlumat verib. Qeyd olunub ki, Kukuta-Okanya marşrutu üzrə uçuş həyata keçirən təyyarənin göyərtəsində 15 nəfər - 13 sərnişin və 2 ekipaj üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb. Həlak olanlar arasında Kolumbiya parlamentinin deputatı Diogen Kinteronun da olduğu bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər