Dünya
ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcəsini açıqladı
ABŞ-nin Federal Ehtiyat Sistemi (FRS) baza faiz dərəcəsini 3.5-3.75% səviyyəsində saxlayıb. Oxu.Az xəbər verir ki, bu barədə tənzimləyicinin yaydığı məlumatda deyilir. Qurum öz press-relizində bildirib ki, məlumatlar iqtisadi aktivliyin davamlı templərlə artdığını sübut edir. İş yerlərinin sayındakı artım aşağı səviyyədə qalır, işsizlik səviyyəsi isə bəzi stabilləşmə əlamətləri göstərir. Bununla yanaşı, inflyasiya hələ də bir qədər yüksək səviyyədə qalmaqdadır. Bildirilir ki, bundan əvvəl FRS faiz dərəcəsini ardıcıl olaraq üç dəfə endirib.
Mənbə
oxu.az