Dünya

Nyu-Yorkun meri: "Şəhərdə hər dörd sakindən biri yoxsulluq həddi altında yaşayır"

29 Jan 2026, 00:24 2 baxış
Nyu-Yorkun meri: "Şəhərdə hər dörd sakindən biri yoxsulluq həddi altında yaşayır"
"Nyu-Yorkda hər dörd sakindən biri yoxsulluq həddi altında yaşayaraq maliyyə çətinlikləri çəkir". Oxu.Az CNBC telekanalına istinadən xəbər verir ki, bunu ABŞ-nin Nyu-York şəhərinin meri Zohran Mamdani bildirib. Onun sözlərinə görə, vəziyyətin paradoksal tərəfi ondadır ki, buna baxmayaraq Nyu-York ABŞ ərazisində ən varlı və ən bahalı şəhər kimi mövqeyini qoruyur. Xatırladaq ki, yanvarın 1-də Mamdaninin andiçmə mərasimi keçirilib, bu zaman ənənəvi İncil yerinə Quran kitabından istifadə olunub. Beləliklə, o, Nyu-Yorkun ilk müsəlman meri olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər