Dünya

KİV: Aİ səfirləri Ermənistana hərbi yardım paketini təsdiqləyiblər

28 Jan 2026, 21:48 2 baxış
KİV: Aİ səfirləri Ermənistana hərbi yardım paketini təsdiqləyiblər
Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Ermənistana 20 milyon avro məbləğində hərbi yardım paketinin ayrılmasını təsdiqləyiblər. Oxu.Az bildirir ki, bu barədə "Azadlıq radiosu"nun Avropa məsələləri üzrə redaktoru Rikard Cozvyak öz mənbələrinə istinadən məlumat verib. Onun məlumatına görə, bu, Avropa Sülh Fondu çərçivəsində İrəvan üçün silah-sursatı əhatə etməyən ən böyük hərbi yardım paketidir. Xatırladaq ki, 2024-cü ildə Aİ Sülh Fondundan Ermənistana 10 milyon avro yardım ayırmışdı ki, bu da ikitərəfli münasibətlər tarixində ilk belə addım olmuşdu.
Mənbə oxu.az

Oxşar Xəbərlər