Cəmiyyət

İlham İsmayıl xəstəxanadan evə buraxıldı

28 Jan 2026, 18:24 2 baxış
İlham İsmayıl xəstəxanadan evə buraxıldı
Mədəsində yaranan problem səbəbi ilə əməliyyat olunan təhükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl xəstəxanadan evə buraxılıb. Bu barədə Oxu.Az-a İ.İsmayıl özü məlumat verib. O, hazırda əməliyyat səbəbindən səhhətində zəifləmə olsa da, bunun yaxın zamanda aradan qalxacağını bildirib: "Əməliyyata görə bir az zəifləmişəm, halsızlıq var səhhətimdə. O da düşünürəm ki, yaxın günlərdə qaydasına düşəcək. Bu gündən artıq xəstəxanadan evə buraxılmışam". Rövşən Əsədov
Mənbə oxu.az

Oxşar Xəbərlər