İdman

Torontoda kəskin istilər: DÇ matçlarının şəhər meydanında nümayişi ləğv edilib

02 Jul 2026, 18:32 1 baxış
Torontoda kəskin istilər: DÇ matçlarının şəhər meydanında nümayişi ləğv edilib
Kanadanın Toronto şəhərindəki Neytan-Filipps meydanında futbol üzrə dünya çempionatının bütün matçlarının translyasiyaları cümə axşamı güclü istilər səbəbindən ləğv edilib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı CTV telekanalı yayıb. Kanadanın milli meteoroloji xidmətinin məlumatında bildirilir ki, iyulun 2-də Torontoda havanın temperaturunun 35 dərəcədən çox olacağı gözlənilir. Dünya çempionatı görüşlərinin translyasiyası şəhərin əsas meydanı üçün nəzərdə tutulmuşdu. Qeyd edək ki, meriya binalarının yerləşdiyi bu ərazi həm də şəhər mərkəzindəki iki mühüm küçədən birinin kəsişmə nöqtəsidir. Xatırladaq ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq. Tarixdə ilk dəfə olaraq bu turnirdə 48 yığma mübarizə aparır. Kanadadakı qarşılaşmalar Toronto və Vankuver şəhərlərində təşkil olunur. İyulun 2-nə təsadüf edən 1/16 final mərhələsində Portuqaliya - Xorvatiya, İspaniya - Avstriya, eləcə də İsveçrə - Əlcəzair matçları oynanılacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər