Kriminal

Maşın boru xəttinə çırpıldı, rayonun qaz təchizatı dayandırıldı

02 Jul 2026, 18:56 1 baxış
Maşın boru xəttinə çırpıldı, rayonun qaz təchizatı dayandırıldı

Ordubadda minik avtomobili təbii qaz xəttinə çırpılıb.


Axar.az Report-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində rayonun "mavi yanacaq" təchizatı dayandırılıb.


Bildirilib ki, qəzanın nəticələri aradan qaldırılanadək təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.


"Mavi yanacaq" təchizatı təmir-bərpa işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər