Dünya
Peskov: "Putin və əş-Şaraa Rusiyanın Suriyadakı hərbi mövcudluğunu müzakirə edəcəklər"
Rusiya ordusunun Suriyadakı mövcudluğu mövzusu Rusiya Prezidenti Vladimir Putin və Suriyanın keçid hökumətinin rəhbəri Əhməd əş-Şaraa arasında bu gün keçiriləcək danışıqlarda qaldırılacaq. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib. "Şübhəsiz ki, Suriyada hərbçilərimizin mövcudluğu ilə bağlı bütün məsələlər bugünkü danışıqlar zamanı müzakirə olunacaq", - deyə Kreml rəsmisi bildirib. Qeyd edək ki, Suriya lideri Rusiyada səfərdədir.
Mənbə
oxu.az