Dünya

Aİ komissarından iddialı təklif: "Avropa Təhlükəsizlik Şurası yaratmalıyıq"

28 Jan 2026, 15:32 2 baxış
Aİ komissarından iddialı təklif: "Avropa Təhlükəsizlik Şurası yaratmalıyıq"
"Hərbi sahədə ortaq layihələri əlaqələndirmək üçün Avropa Təhlükəsizlik Şurasını yaratmalıyıq". Oxu.Az "European Pravda" nəşrinə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) müdafiə məsələləri üzrə komissarı Andrius Kubilius deyib. O, Aİ-yə üzv dövlətləri qitənin müdafiəsində aparıcı rol oynamağa çağırıb: "Fransa Prezidenti Emmanuel Makron və Almaniyanın keçmiş kansleri Angela Merkelin 2017-18-ci illərdə təklif etdikləri Avropa Təhlükəsizlik Şurasını yaratmağa ehtiyacımız var. Nəhənglər dünyasında biz də güclü olmalıyıq. Beynəlxalq hüququ və əməkdaşlığı təşviq edən bir qurum yaratmalıyıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər