Dünya

Qazaxıstan dron hücumları səbəbindən təxminən 3,8 milyon ton neft ixrac etməyib

28 Jan 2026, 14:04 2 baxış
Qazaxıstan dron hücumları səbəbindən təxminən 3,8 milyon ton neft ixrac etməyib
Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) edilən hücumlar səbəbindən təxminən 3,8 milyon ton neft ixrac etməyib. Oxu.Az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov məlumat verib. Onun sözlərinə görə, 3,8 milyon ton neft ixrac edilməyib və satılmayıb. Nazir qeyd edib ki, sözügedən məhsul hazırda anbarlardadır və gələcəkdə satılması nəzərdə tutulub. Akkenjenovun sözlərinə görə, bu neft satılan kimi bütün əməliyyatlar haqqında məlumat veriləcək və bundan sonra maliyyə itkiləri barədə danışa biləcək. Xatırladaq ki, Qazaxıstan Energetika Nazirliyi (EN) yanvarın 13-də CPC-nin dəniz terminalı yaxınlığında bu ölkənin neftini daşıyan iki tankerə dron hücumu edildiyini bildirmişdi. Nazirliyin məlumatına görə, hücuma məruz qalan "Matilda" və "Delta Harmony" tankerləri Malta və Liberiya bayraqları altında üzüblər. Həmin gəmilər Qazaxıstan neftini daşımayıblar, ona görə də ölkənin enerji ehtiyatlarına heç bir ziyan dəyməyib. EN bildirib ki, heyət üzvləri arasında xəsarət alan olmayıb. Agentlik, həmçinin Qazaxıstanın 2025-ci ilin dekabr ayında CPC vasitəsilə neft daşınmalarının həcmini azaltdığı barədə mediada yayılan məlumatları təsdiqləyib. Daha əvvəl bəzi media orqanları Qara dənizdə dron hücumları və fırtınalardan sonra Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə qlobal bazarlara Qazaxıstan neft daşınmalarının planlaşdırılan səviyyədən təxminən 45% azaldığını bildirmişdilər. Qazaxıstan neftinin əsas hissəsini ixrac etdiyi CPC-yə hücum 2025-ci il noyabrın 29-da Ukrayna PUA-larından istifadə edilməklə baş verib. EN hücumu qəbuledilməz və qlobal enerji təhlükəsizliyinə təhdid adlandırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər