Cəmiyyət

Yüksək intizam, vətənpərvərlik ruhu və müasir idarəetmə bacarıqları - DSX Akademiyasından VİDEOREPORTAJ

28 Jan 2026, 13:04 2 baxış
Yüksək intizam, vətənpərvərlik ruhu və müasir idarəetmə bacarıqları - DSX Akademiyasından VİDEOREPORTAJ
Azərbaycanın sərhəd təhlükəsizliyinin peşəkar kadr bazası Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında formalaşır. Burada gələcək zabitlər təkcə hərbi biliklər deyil, həm də yüksək intizam, vətənpərvərlik ruhu və müasir idarəetmə bacarıqları qazanırlar. Akademiya sərhədlərimizin etibarlı qorunması üçün zəruri olan kadr potensialının hazırlanmasında mühüm rol oynayır. Oxu.Az DSX Akademiyasından xüsusi videoreportaj hazırlayıb.
Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan DSX Akademiyasında tədris prosesi müasir standartlara uyğun qurulub. Kursantlar taktiki hazırlıq, atıcılıq, fiziki hazırlıq, hüquqi biliklər, informasiya texnologiyaları və liderlik üzrə sistemli təlimlər keçirlər. Simulyasiya otaqları, poliqonlar və xüsusi tədris mərkəzləri nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsinə imkan yaradır. Burada əsas məqsəd - hər vəziyyətdə düzgün qərar verə bilən, çevik və məsuliyyətli zabit və hərbçi yetişdirməkdir. 2010-cu ildən fəaliyyət göstərən akademiya yalnız təhsil ocağı deyil, eyni zamanda vətənə xidmət məktəbidir. Kursantlar burada dövlətçiliyə sədaqət, komanda ruhu və məsuliyyət anlayışlarını mənimsəyirlər. Məhz bu divarlar arasında formalaşan gənc zabitlər gələcəkdə Azərbaycanın sərhədlərinin keşiyində ayıq-sayıq dayanaraq ölkənin təhlükəsizliyinə töhfə verirlər.
{{gallery}} Daha çox foto burada: PhotoStock.az
Mənbə oxu.az

Oxşar Xəbərlər