Dünya

ABŞ-dən SEPAH-ın keçmiş əməkdaşları deportasiya edildilər

28 Jan 2026, 13:40 2 baxış
ABŞ-dən SEPAH-ın keçmiş əməkdaşları deportasiya edildilər
ABŞ-dən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş əməkdaşları olan üç İran vətəndaşı deportasiya edilib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb. "Hər üç şəxs 2019-cu ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən xarici terror təşkilatı elan edilən SEPAH-ın keçmiş əməkdaşıdır", - deyə departamentdən bildirilib. Qeyd olunur ki, sözügedən şəxslər 2024-cü ildə ABŞ-yə qanunsuz yolla daxil olublar. Ötən ilin dekabrında "The New York Times" qəzeti mənbələrə istinadən təxminən 2 000 İran vətəndaşının ABŞ-dən deportasiya oluna biləcəyini bildirmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər