Dünya
Məşhur türkiyəli sənətçi Hakan Taşıyan infarkt keçirdi: Rəcəb Tayyib Ərdoğan dəstək üçün lazımi təlimatları verdi
Türk arabesk musiqisinin tanınmış simalarından olan məşhur müğənni Hakan Taşıyan infarkt keçirib və Ankarada xəstəxanaya yerləşdirilib. Bu barədə Oxu.Az "Sabah" qəzetinə istinadən xəbər verir. Məlumata görə, sənətçinin vəziyyəti ağırdır, həkimlər daha əvvəl böyrək və qaraciyər nəqli əməliyyatı keçirdiyi üçün ona angioqrafiya ilə bağlı tərəddüd edirlər. Bununla bağlı xəstəxananın idarə heyəti toplanıb. Qeyd edilir ki, eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hakan Taşıyan üçün mümkün olan hər şeyin edilməsi barədə göstəriş verib. Hakan Taşıyan bir neçə ay əvvəl Prezident Ərdoğanla görüşmüşdü. Müğənni sənət yoldaşları ilə birlikdə səfərdən qayıdarkən Ərdoğanı qarşılamaq üçün Esenboğa hava limanına getmiş və görüş zaman onlar arasında uzun söhbət baş tutmuşdu.
Mənbə
oxu.az