Dünya
Qrenlandiya rəsmisi adanın satışı ilə bağlı açıqlama verdi
"Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçmək ehtimalı ilə bağlı istənilən müzakirələr qəbuledilməzdir". Oxu.Az-ın xəbərinə görə, bu barədə Qrenlandiya parlamentinin vitse-spikeri Bentiarak Ottosen "RİA Novosti"yə müsahibəsində bildirib. "Qrenlandiya satılmır. Qrenlandiyalılar, Qrenlandiyadakı və Danimarkadakı vətəndaşlar üçün vəziyyət çox çətindir", - deyə Ottosen qeyd edib. Onun sözlərinə görə, ABŞ tərəfindən səslənən bu cür bəyanatlar sakinlər arasında ciddi narahatlıq doğurur, onların çoxu xarici nəzarətdən ehtiyat edir. O vurğulayıb ki, adanın gələcəyi yalnız onun əhalisi tərəfindən müəyyən edilməlidir.
Mənbə
oxu.az