Dünya

Filippin sahillərində GÜCLÜ ZƏLZƏLƏ baş verdi

28 Jan 2026, 11:52 2 baxış
Filippin sahillərində GÜCLÜ ZƏLZƏLƏ baş verdi
Filippin sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib. Məlumata görə, zəlzələnin episentri 380 mindən çox əhalisi olan Kotabato şəhərindən 101 kilometr cənub-qərbdə, ocağı isə 35 kilometr dərinlikdə qeydə alınıb. Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər