Cəmiyyət

Bahar Muradova: "Uşaqlarla bağlı qüvvədə olan qanun müasir tələblərlə uzlaşmır"

28 Jan 2026, 11:58 2 baxış
Bahar Muradova: "Uşaqlarla bağlı qüvvədə olan qanun müasir tələblərlə uzlaşmır"
"Təcrübə göstərir ki, uşaq hüquqlarının təmin edilməsi üçün tənzimləmələri nəzərdə tutan sahəvi aktlar bir çox hallarda beynəlxalq sənədlərdə təsbit edilən vahid yanaşmaları tam və aydın əhatə etmir. Qüvvədə olan qanunumuz isə müasir tələblərlə uzlaşmır". Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. "Bu səbəbdən müvafiq standartlara və müasir sosial reallıqlara uyğun olan, güclü preventiv və qoruyucu mexanizmləri nəzərdə tutan yeni qanuna ehtiyac var. Qanun layihəsi 8 fəsil, 63 maddədən ibarət olmaqla dövlət uşaq siyasətinin 6 məqsədini, dövlətin 9 əsas vəzifəsini, uşaqların mənafelərinin üstünlüyünü təmin edən 11 əsas mexanizmi və 33 uşaq hüquq və azadlığının dövlət təminatını əhatə edir. Bu, mövcud qanunvericiliklə müqayisədə daha sistemli və əhatəli yanaşmadır", - deyə komitə sədri əlavə edib. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər