Cəmiyyət

47 yaşlı kişi karxanada qum üyüdən cihaza dəyərək öldü

28 Jan 2026, 11:19 2 baxış
47 yaşlı kişi karxanada qum üyüdən cihaza dəyərək öldü

Qəbələdə kişi bədbəxt hadisə nəticəsində ölüb.


Axar.az xəbər verir ki, Aydınqışlaq kənd sakini 1979-cu il təvəllüdlü Səxavət İkram oğlu Abdullayev işlədiyi Qəbələ şəhərinin ərazisindəki qum-çınqıl karxanasında ehtiyatsızlıqdan qum üyüdən cihaza dəyərək xəsarət alıb.


Xəstəxanaya yerləşdirilmiş S.Abdullayev orada ölüb.


Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər