Cəmiyyət

Tanınmış alim Cavanşir Qurbanovun yerinə təyin edildi - Foto

28 Jan 2026, 11:37 2 baxış
Tanınmış alim Cavanşir Qurbanovun yerinə təyin edildi - Foto

Yasamal Rayon Ağsaqqallar Şurasının mərhum sədri Cavanşir Qurbanovun yerinə təyinat olub.


Axar.az Unikal.az-a istinadən xəbər verir ki, tarix elmləri doktoru, professor Fuad Məmmədov rayon şurasının yeni sədri seçilib.


Tanınmış alim həm də "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir.


Xatırladaq ki, Cabir Novruz Mədəniyyət fondunun prezidenti, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenli, beynəlxalq dərəcəli hakim Cavanşir Qurbanov ötən ilin may ayında vəfat edib.

Mənbə axar.az

Oxşar Xəbərlər