Cəmiyyət

"Uşaq hüquqları haqqında" yeni Qanun layihəsi Milli Məclisə təqdim olunub

28 Jan 2026, 11:00 2 baxış
"Uşaq hüquqları haqqında" yeni Qanun layihəsi Milli Məclisə təqdim olunub
"Uşaq hüquqları haqqında" yeni Qanun layihəsi Milli Məclisə təqdim olunub. Oxu.Az xəbər verir ki, məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Yeni layihə uşaq hüquqlarının müasir çağırışlara uyğun daha geniş və effektiv müdafiəsini təmin etmək məqsədilə hazırlanıb və onların zorakılıqdan, həmin hüquq və azadlıqların həyata keçirilməsi sahəsində dövlət təminatlarını və dövlət nəzarətinin əsaslarını müəyyən edir. Bu qanunda nəzərdə tutulan hüquqlar və azadlıqlar irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, əqidəsindən, sağlamlıq imkanlarından, valideynlərinin (onları əvəz edən şəxslərin), digər ailə üzvlərinin sosial vəziyyətindən, ictimai birliklərə mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq, hər bir uşağa aid edilir. Qanun qüvvəyə mindiyi gündən "Uşaq hüquqları haqqında" 1998-ci il il tarixli Qanun ləğv edilir. Mərahim Nəsib
Mənbə oxu.az

Oxşar Xəbərlər