Dünya
Qızılın qiyməti tarixi maksimumunu yenilədi
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin fevral ayında çatdırılma üçün qızıl füçerslərinin qiyməti trua unsiyası üçün 5 150 dolları keçərək, yeni rekord səviyyəyə çatıb. Oxu.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından irəli gəlir. Bakı vaxtı ilə saat 01:21-ə olan məlumata görə, qızılın qiyməti trua unsiyası üçün 5 151.4 dollar (+1.36%) təşkil edib. Saat 01:31-ə doğru qızılın qiyməti trua unsiyası üçün 5 145 dollara (+1.23%) düşüb.
Mənbə
oxu.az