Dünya
Tramp: "Suriya prezidenti ilə yaxşı söhbətim oldu"
ABŞ lideri Donald Tramp Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə yaxşı telefon danışığı apardığını bəyan edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp Ayova ştatının Des-Moyn şəhərinə işgüzar səfərə yola düşməzdən əvvəl jurnalistlərlə ünsiyyət zamanı bildirib. "Mən Suriyanın hörmətli prezidenti ilə çox gözəl söhbət apardım. Suriya və bu bölgə ilə bağlı hər şey çox yaxşı irəliləyir. Biz çox məmnunuq", - deyə o vurğulayıb.
Mənbə
oxu.az