Dünya
NASA təyyarəsi təcili eniş edib
NASA-ya məxsus təyyarə texniki nasazlıq səbəbindən Texas ştatında təcili eniş edib. Oxu.Az bu barədə SHOT "Telegram" kanalına istinadla xəbər verir.
Bildirilir ki, NASA-nın WB-57 təyyarəsi şassi sistemində yaranan texniki nasazlıq səbəbindən Hyuston şəhərində yerləşən "Ellington Field" hava limanının uçuş-enmə zolağına eniş edib. Eniş zamanı təyyarənin alt hissəsindən qığılcımlar çıxıb. Pilot təyyarənin salonundan çıxarılıb və onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb. Hadisənin səbəbləri hazırda araşdırılır.

Mənbə
oxu.az