Dünya

ABŞ dollarının indeksi dördillik minimumu yeniləyib

28 Jan 2026, 01:24 2 baxış
ABŞ dollarının indeksi dördillik minimumu yeniləyib
Londonun ICE birjasındakı ticarət əməliyyatları zamanı ABŞ dollarının əsas dünya valyutalarına qarşı dinamikasını əks etdirən dollar indeksi 96,2 bəndlik həddən aşağı enib. Bu, 2022-ci il fevralın 23-dən bəri ilk dəfə baş verib. Oxu.Az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarında əksini tapıb. Bakı vaxtı ilə saat 20:38-ə olan məlumata görə, ABŞ valyutasının indeksi 0,91 % azalaraq 96,175 bəndə enib. Saat 21:08-ə isə indeks azalma tempini yavaşladıb və 96,229 bənd (-0,85 %) səviyyəsində qərarlaşıb. Dollar indeksi ABŞ valyutasının avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankına qarşı nisbətini göstərir.
Mənbə oxu.az

Oxşar Xəbərlər