Dünya

Tramp: "Nuri əl-Maliki baş nazir seçilsə, İraqa dəstəyi dayandıracağıq"

28 Jan 2026, 01:48 2 baxış
Tramp: "Nuri əl-Maliki baş nazir seçilsə, İraqa dəstəyi dayandıracağıq"
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər İraq hökumətinə 2006-cı ilin mayından 2014-cü ilin avqustuna qədər baş nazir vəzifəsini tutmuş Nuri əl-Maliki yenidən rəhbərlik edərsə, Vaşinqton İraqa göstərilən dəstəyi dayandıracaq. Oxu.Az xəbər verir ki, bu barədə o, "Truth Social" platformasında yazıb. "Eşitmişəm ki, böyük İraq ölkəsi Nuri əl-Malikini yenidən baş nazir postuna qaytarmaqla çox pis bir qərar qəbul edə bilər. O, sonuncu dəfə hakimiyyətdə olanda ölkə yoxsulluğa və tam xaosa sürüklənmişdi. Buna yenidən yol vermək olmaz", - deyə o vurğulayıb. Tramp əlavə edib ki, seçiləcəyi təqdirdə onun ağlasığmaz siyasəti və ideologiyasına görə ABŞ artıq İraqa kömək etməyəcək: "Bizim yardımımız olmadan isə İraqın uğur, rifah və azadlıq əldə etmək şansı yoxdur".
Mənbə oxu.az

Oxşar Xəbərlər