Dünya

ABŞ Yaxın Şərqdə hərbi təlimlərə başlayır

27 Jan 2026, 22:12 2 baxış
ABŞ Yaxın Şərqdə hərbi təlimlərə başlayır
ABŞ-nin Doqquzuncu Hava Ordusu Yaxın Şərqdə döyüş hazırlığının yoxlanılması məqsədilə "Agile Spartan" adlı çoxgünlük hərbi-hava təlimlərinə başlayır. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı (AFCENT) məlumat yayıb. Məlumatda bildirilir ki, təlimlərin məqsədi ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasının bütün ərazisində aviasiyanın yerləşdirilməsi, səpələndirilməsi və döyüş əməliyyatlarının aparılması imkanlarını nümayiş etdirməkdir. Komandanlıq "Agile Combat Employment" (ACE) taktikasının tətbiqi imkanlarını yoxlayacaq və zərurət yarandığı halda aviasiyanın döyüş tapşırıqlarını yerinə yetirə biləcəyi məntəqələrin sayını artıracaq. Təlimlər çərçivəsində aviasiya və şəxsi heyətin səpələndirilməsi, müxtəlif vəziyyətlərə çevik reaksiya verilməsi, maddi-texniki təminat məsələləri məşq ediləcək, həmçinin komandanlıq və idarəetmə sistemi sınaqdan keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər