Dünya

KİV: İŞİD-in daha 300 yaraqlısı Suriyadan İraq həbsxanalarına köçürülüb

27 Jan 2026, 23:00 2 baxış
KİV: İŞİD-in daha 300 yaraqlısı Suriyadan İraq həbsxanalarına köçürülüb
İŞİD terror qruplaşmasının daha 300-ə yaxın yaraqlısı Suriyadan İraq həbsxanalarına köçürülüb. Oxu.Az bu barədə "Shafaq News" informasiya portalına istinadən xəbər verir. Məlumata görə, aralarında xarici ölkə vətəndaşlarının da olduğu terrorçu məhbuslar bir neçə gün əvvəl İraq ərazisindəki cəzaçəkmə müəssisələrinə gətiriliblər. Onların hamısı İraq qanunları ilə mühakimə olunacaq, respublika vətəndaşı olmayan yaraqlılar isə çıxarılan hökmlərin vətənlərində icra olunması xahişi ilə öz ölkələrinin hökumətlərinə təhvil veriləcəklər. Yanvarın 25-də "Syria TV" məlumat yaymışdı ki, ABŞ-nin başçılıq etdiyi beynəlxalq koalisiya iki gün ərzində İŞİD-in 300-dən çox məhbus silahlısını Suriyanın Həsəkə şəhərində yerləşən həbsxanadan İraqa aparılması üçün Əl-Qamışlıdakı hərbi bazaya köçürüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər