Dünya

Ukrayna XİN başçısı: "Zelenski Putinlə görüşməyə hazırdır"

27 Jan 2026, 21:56 1 baxış
Ukrayna XİN başçısı: "Zelenski Putinlə görüşməyə hazırdır"
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Prezident Volodimir Zelenskinin sülh danışıqları çərçivəsində iki ən vacib məsələni - ərazilər və Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ilə bağlı məsələləri həll etmək üçün Vladimir Putinlə şəxsi görüşə hazır olduğunu bəyan edib. Oxu.Az xəbər verir ki, nazir bu barədə "Yevropeyskaya pravda" nəşrinə müsahibəsində bildirib. XİN rəhbəri qeyd edib ki, indiyədək sülh prosesi çərçivəsində iki ən həssas məsələ razılaşdırılmamış qalır: ərazilərə dair məsələ və ZAES üzərində gələcək nəzarət. "Məhz onların həlli üçün prezident Putinlə görüşməyə və bunu müzakirə etməyə hazırdır", - deyə Sibiqa vurğulayıb. Eyni zamanda o əlavə edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla özünün görüşməsinə ehtiyac görmür.
Mənbə oxu.az

Oxşar Xəbərlər