Dünya
PAOK klubunun azarkeşləri avtomobil qəzasına düşüblər: Ölənlər var
Yunanıstanın PAOK futbol klubunun azarkeşlərini daşıyan mikroavtobus Rumıniyada magistral yolda yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində yeddi nəfər həlak olub, daha üç nəfər yaralanıb. Oxu.Az bu barədə "Skai" telekanalına istinadən xəbər verir. PAOK azarkeşləri yanvarın 29-da keçiriləcək Avropa Liqasının əsas mərhələsinin səkkizinci turu çərçivəsində Fransanın "Lion" klubu ilə oyun üçün Salonikidən yola düşübmüşlər. Minik avtomobilini ötməyə çalışan mikroavtobus qarşıdan gələn və ehtimala görə etil spirti daşıyan yük maşını ilə toqquşub. Toqquşmanın təsirindən mikroavtobus yolun kənarına yuvarlanıb. Hadisə yerində altı nəfərin meyiti aşkar edilib, sərnişinlərdən biri isə xəstəxanaya aparılarkən yolda keçinib.
Mənbə
oxu.az