Dünya

Pakistanda baş verən yanğında ölənlərin sayı 70 nəfəri keçib

27 Jan 2026, 17:24 2 baxış
Pakistanda baş verən yanğında ölənlərin sayı 70 nəfəri keçib
Pakistanın cənubundakı Kəraçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzində baş verən yanğından sonra aparılan 10 günlük axtarış-xilasetmə əməliyyatı başa çatıb. Oxu.Az "Geo" telekanalına istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları faciə nəticəsində 73 nəfərin həlak olduğunu bəyan ediblər. Məlumata görə, indiyə qədər qurbanlardan 23-nün şəxsiyyəti müəyyənləşib. Yanğın qurbanlarının ailələrinə təxminən 35 min 700 dollar məbləğində ödəniş olunacaq. Mütəxəssislər qrupu binanın salamat qalmış hissələrinin vəziyyətini qiymətləndirəcək. Yanğının dəqiq səbəbini müəyyən etmək üçün məhkəmə-tibb ekspertləri ərazidə işləyirlər. Xatırladaq ki, yanvarın 17-də əhalinin sıx məskunlaşdığı ərazidə yerləşən ticarət mərkəzinin birinci mərtəbəsində yanğın baş verib. Yanğını üç gün sonra tam söndürmək mümkün olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər