Dünya

Holokost qurbanlarının anım günündə Almaniya Kansleri Mertsdən antisemitizmlə bağlı bəyanat

27 Jan 2026, 14:12 2 baxış
Holokost qurbanlarının anım günündə Almaniya Kansleri Mertsdən antisemitizmlə bağlı bəyanat
"Almaniyanın İkinci Dünya müharibəsi illərində yəhudilərin qətli və təqibinə görə tarixi məsuliyyəti dəyişməz olaraq qalır". Oxu.Az-ın xəbərinə görə, bu sözləri Almaniya Kansleri Fridrix Merts Holokost Qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə "X" hesabında etdiyi paylaşımda yazıb. "Bizim tarixi məsuliyyətimiz dəyişməz qalır: antisemitizmə Almaniyada yer yoxdur", - deyə o bildirib. "Biz bu gün, Holokost Qurbanlarının Anım Günündə, istənilən digər günlərdə olduğu kimi, yəhudilərin sistematik şəkildə qətlə yetirilməsini xatırlayırıq. Bir daha heç vaxt bunun kimi şeylər baş verməməlidir", - deyə kansler vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər