Cəmiyyət
Ötən il ƏMDX tərəfindən yarım milyon manatdan çox cərimə tətbiq olunub
2025-ci ildə ölkə üzrə ümumilikdə 25 964 monitorinq keçirilib. Oxu.Az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) məlumat yayıb. Bildirilib ki, Torpaq Məcəlləsinin tələblərini pozan fiziki və hüquqi şəxslər barəsində 1 266 inzibati protokol yazılmaqla 585 min manat cərimə tətbiq edilib.
Mənbə
oxu.az