Dünya

Dünyada uranın qiyməti bahalaşmaqda davam edir - Yeni rekord

27 Jan 2026, 12:36 2 baxış
Dünyada uranın qiyməti bahalaşmaqda davam edir - Yeni rekord
Uran füçerslərinin bir funt üçün dəyəri 89 dolları keçib. Oxu.Az-ın xəbərinə görə, bu, tamamlanmış ticarət əməliyyatlarından bəlli olub. Məlumata görə, yanvarın 26-da "Comex" birjasında fevral ayı üçün uran füçerslərinin qiyməti bir funt üçün 89.25 dollara çatıb. Bu göstərici 4 iyun 2024-cü ildən bəri ilk dəfə 89 dollardan yuxarı olub. Uranın qiyməti ardıcıl ikinci aydır ki, yüksəlir. Ötən ilin dekabr ayında təxminən 7 faiz, yanvar ayının əvvəlindən bəri isə 9% artım qeydə alınıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər