Cəmiyyət

Azərbaycanda aktiv vakansiyaların sayı açıqlandı

27 Jan 2026, 12:02 2 baxış
Azərbaycanda aktiv vakansiyaların sayı açıqlandı
Ölkə ərazisində olan aktiv vakansiyaların sayı açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunları və 2026-cı ildə hədəflərinə dair keçirilən mətbuat konfransında çıxışı zamanı məlumat verib.
O bildirib ki, hazırda Azərbaycanda 60 mindən çox aktiv vakansiya mövcuddur: "2025-ci ildə 448 işəgötürənlə əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi xidməti icra edilib. Kvota və kvotadankənar işə düzəltmə layihələri icra olunur. Ötən il 1 817 vətəndaş kvota çərçivəsində işlə təmin edilib, 10 805 nəfərə işsizlikdən sığorta ödənişi verilib". Aygün Mirakif
Azərbaycanda aktiv vakansiyaların sayı açıqlandı
Mənbə oxu.az

Oxşar Xəbərlər